Ceyhun Bayramov: Bu ilin ilk 9 ayında Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dollara çatıb - Əlavə olunub

Azərbaycan-İtaliya münasibətləri möhkəm təməl üzərində uğurla inkişaf edir.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda italiyalı həmkarı Antonio Tayani ilə Bakıda mətbuat üçün brifinqdə deyib.

C.Bayramov gələn il ikitərəfli münasibətlərin təsis edilməsinin 35 illiyinin qeyd olunacağını vurğulayıb:

"Bu müddət ərzində iki ölə arasında bir sıra sənədlər qəbul edilib. Bunlar sırasında strateji tərəfdaşlıq bəyannaməsini, eləcə də çoxtərəfli strateji tərəfdaşlıq bəyannaməsini qeyd etmək istəyirəm".

Nazir deyib ki, iki ölkə liderinin qarşılıqlı münasibəti ölkələr arasında əlaqələrin inkişafına töhfə verir.

XİN başçısı Azərbaycanla İtaliya arasında ümumilikdə 65 sənəd imzalandığını, hazırda 20-yə yaxın sənəd üzərində iş getdiyini bildirib:

"Eləcə də parlamentlər arasında münasibətlər yüksək səviyyədədir. Mən özüm həmkarımla davamlı ünsiyyətdəyəm".

C.Bayramov iki ölkə arasında beynəlxalq platformalarda da münasibətlərin xüsusi yer tutduğunu qeyd edib.

Nazir İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb:

"2025-ci ildə bu dövriyyə 12 milyard dollar olub, bu ilin ilk 9 ayında bu dövriyyə 9 milyarda çatıb".

C. Bayramov vurğulayıb ki, iki ölkə arasında son illərdə qarşılıqlı investisiya həcmi artmaqdadır.

Nazir deyib ki, 2026-ci ildə Azərbaycanın SOCAR şirkəti İtaliya şirkəti ilə əməkdaşlığı inkişaf etdirib. O, əlavə edib ki, İtaliyadakı bir sıra şirkətlərə Azərbaycan neft fondu tərəfindən sərmayələr qoyulub.

"İki ölkə şirlkətləri arasında hərbi-texniki əməkdaşlıq sahələrində də layihələr nəzərdən keçirilir", - nazir deyib.

Digər xəbərlər