"Türkmənistanın neytrallığı - sülhün və etimadın parlaq yolu" kitabı Azərbaycan-Türkmmənistan əlaqələrinin inkişafına əhəmiyyətli töhfədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezdenti İsa Həbibbəyli Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda Azərbaycan dilində nəşr olunmuş "Türkmənistanın neytrallığı - sülhün və etimadın parlaq yolu" kitabının təqdimatında deyib.
O qeyd edib ki, müəllif kitabda neytrallığın türkmən xalqının tarixi təcrübəsindən gələn, milli ənənələrindən doğan, müstəqillik dövründə dövlət siyasətinə çevrilən hadisə kimi təqdim edilir:
"Türkmənistan ərazisindəki qədim türk abidələri, xalqın özünəməxsus milli xüsusiyyətlər, mədəniyyəti, ailə-məişəti və s. məsələlər dövlət başçısı səviyyəsində ictimaiyyətə təqdim olunur. Bu kitab türkmən xalqının tarixi ənənələri və müasir simasını aydın görmək üçün əhəmiyyətli mənbədir. "Türkmənistanın neytrallığı - sülhün və etimadın parlaq yolu" kitabını Türkmənistanın müasir dövrdəki "pasport"u kimi qiymətləndirirəm. Araşdırmaçılar bu kitabda bütün istiqamətlərdə təqdiqat üçün əhəmiyyətli fikirlər tapa bilərlər".