Moldova-Azərbaycan əməkdaşlığının gücləndirilməsi gələcəkdə birgə layihələrin icrasına yol açacaq.
"Report" xəbər verir ki, bunu Moldova Milli Həmkarlar İttifaqı Konfederasiyasının sədri İqor Zubcu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında videoçıxışı zamanı deyib.
O, iki ölkənin həmkarlar ittifaqları arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini söyləyib:
"Əminəm ki, gələcəkdə Moldova ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi birgə layihələrin icrasına da yol açacaq".