Suriya Xarici İşlər Nazirliyinin (XİN) texniki nümayəndə heyəti konsulluq və inzibati xidmətlərin bərpasına yönəlmiş hərtərəfli fəaliyyət planı hazırlamaq üçün Rusiyaya səfər edəcək.
"Report"un məlumatına görə, bu barədə SANA Suriya XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.
Nazirlikdən qeyd edilib ki, səfər zamanı konsulluq ofislərinin fasiləsiz fəaliyyətini və Rusiyada yaşayan Suriya vətəndaşlarına ən yüksək səviyyəli xidmətlər göstərilməsini təmin etmək planlaşdırılır.