Latviya Rusiya ilə sərhədini bağlamağı nəzərdən keçirəcək

Latviyanın Baş naziri Andris Kulberqs Estoniyanın Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaq qərarının ardınca Latviya-Rusiya sərhədində mümkün məhdudiyyətlərin tətbiqi ilə bağlı gələn həftəyə qədər aidiyyəti qurumlara dəqiq mövqe hazırlamağı tapşırıb.

"Report" xəbər verir ki, bu barədə Latviyanın "Delfi" nəşri yazıb.

Kulberqsin sözlərinə görə, bu məsələsyə təhlükəsizlik mülahizələri və sərhədi keçən insan axınının Baltikyanı ölkələr arasında mümkün yenidən bölüşdürülməsi nəzərə alınmaqla kompleks şəkildə baxılmalıdır.

O əlavə edib ki, Baltikyanı ölkələr bu məsələdə razılaşdırılmış yanaşmaya can atmalıdırlar.

Xatırladaq ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bu il dekabrın 1-də Rusiya ilə sərhədlərin bağlanacağını bildirib.

Digər xəbərlər