Serbiyada müxalifət parlamentin heç bir komitəsinə rəhbərlik etməyəcək

Serbiyada müxalifət qüvvələri parlamentin heç bir komitəsinə başçılıq etməyəcək.

"Report" agentliyinin məlumatına əsasən, bu barədə bu gün parlamentdə baş tutan məsləhətləşmələrin ardınca "Aleksandar Vuçiç - Serbiya qalib gəlir" parlament fraksiyasının lideri Aleksandar Vuçiç açıqlama verib.

Vuçiçin fikrincə, mövcud vəziyyətdə komitələrin işində iştırakın heç bir mənası yoxdur, lakin son qərar sabah elan ediləcək.

Vuçiç vurğulayıb ki, müxalifətin komitələrin fəaliyyətində, onun öz ifadəsi ilə desək, "alçaldıcı formada" iştirak etməməsi ehtimalı daha böyükdür.

O həmçinin bildırib ki, məsləhətləşmələr qısa müddətə başa çatıb və hakimiyyət tərəfinin nümayəndələri öz təkliflərini təqdim ediblər.

Digər xəbərlər