Almaniyanın Baden-Vürtemberq federal əyalətindəki 450-dən çox məktəb noyabrın 23-ü səhər saatlarında elektron poçtla partlayış hədəsi olan məktublar alıb.
"Report" xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Polis təhsil idarəetmə orqanı ilə əlaqə saxlayıb və təhlükəni qiymətləndirib. Hazırda məktub alan məktəblər üçün konkret təhlükə barədə məlumat yoxdur.
Müstəntiqlər göndərənin kimliyini müəyyənləşdirirlər.
Daha əvvəl İtaliya və Böyük Britaniyadakı məktəblər partlayış hədəsi olan kütləvi məktublar almışdı.
"Reuters"in məlumatına görə, belə məktublar İtaliyada təxminən 6 300 məktəbə və Şimali İrlandiyada 300-ə yaxın məktəbə daxil olub.