Ukrayna pilotsuz uçuş aparatları (PUA) Tatarıstanda (Rusiya) Əlmət yaxınlığındakı neft çəninə zərbə endirib.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası respublika rəhbəri Rüstəm Minnixanovun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hücum nəticəsində bir neçə obyekt zədələnib. Ölən və xəsarət alan yoxdur.