Danimarkada bir sıra məktəblər minalanma təhdidi olan məktublar alıb

Danimarka polisi bütün ölkə boyu məktəblərin minalanması barədə məlumatlar alır, lakin hazırda narahatlıq üçün səbəb görmür.

"Report" xəbər verir ki, bu barədə TV2 telekanalına ictimai təhlükəsizlik və fövqəladə hallara hazırlıq naziri Lisbet Bex-Nilsen bildirib.

Onun sözlərinə görə, səlahiyyətlilər vəziyyəti diqqətlə izləyirlər: "Məktəb uşaqlarımız üçün təhlükəsiz yer olmalıdır. Buna görə də məktəblərimizin və ya digər dövlət müəssisələrinin ünvanına bu cür təhdidlərin daxil olması tamamilə yolverilməz və son dərəcə ciddidir".

Telekanalın məlumatına görə, bir sıra dövlət müəssisələri də təhdid məktubları alıb.

Digər xəbərlər