Almaniyada "Yaşıllar" Partiyasının ofisinə hücum olub, üç nəfər yaralanıb

Almaniyanın qərbindəki Şverte şəhərində (Şimali Reyn-Vestfaliya torpağı) naməlum maskalı şəxs "Yaşıllar" Partiyasının ofisində siyasətçilərə hücum edib.

"Report" "Bild"ə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Hücum fraksiyanın iclası zamanı baş verib, binada 10-dan çox şəxs olub.

Nəşrin məlumatına görə, hücum edən şəxsdə portativ yanğınsöndürən olub, lakin hadisənin təfərrüatları və zərərçəkənlərin xəsarətlərinin xarakteri hələlik məlum deyil. Hər üç nəfər xəstəxanadadır.

Hücumda şübhəli bilinən şəxs qaçıb gizlənib.

Digər xəbərlər