Rusiya yeni Avropa təhlükəsizlik sisteminin yaradılması üçün aşılmaz maneələr görmür.
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinlə üçtərəfli görüşün yekunlarına dair brifinqdə çıxışı zamanı bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında kompromislər axtarmağa hazırlaşır və "onların mümkün olduğunu" vurğulayıb.
"Biz kompromislər axtarmaq niyyətindəyik. Mənə elə gəlir ki, onlar tamamilə mümkündür. Hər kəs reallıqlardan çıxış etməlidir. Mən razılığa gəlmək üçün aşılmaz maneələr görmürəm", - o bildirib.
Onun sözlərinə görə, bu prosesin digər iştirakçılarının da yerdə formalaşmış reallıqları dərk etmələri vacibdir.