Çin və ABŞ arasında ikitərəfli münasibətlər sabitdir və yaxşılaşmağa davam edir.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Şençjendə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətləri doğru kursa yönəltmək üçün Trampla əməkdaşlığa əvvəlki kimi sadiqdir.
"Biz konstruktiv Çin-ABŞ münasibətlərinin yeni tərifini işləyib hazırlamışıq, onlara hörmət, ədalət və qarşılıqlılığa əsaslanan yeni məzmun vermişik", - Si Cinpin bildirib.