Çexiya 2027-ci ilin birinci rübündə ABŞ-dən 15-20 il müddətinə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə müqavilə bağlamağı planlaşdırır.
"Report" Çexiyanın "Novinky" portalına istinadən xəbər verir ki, tərəflər artıq sazişin yekun variantını razılaşdırıblar.
İllik tədarük həcminin 1,4 milyard kubmetr qaz təşkil edəcəyi gözlənilir ki, bu da Çexiyanın illik istehlakının 20 %-dən çoxunu qarşılamağa imkan verəcək.