Rusiyanın "Azimut" aviaşirkətinin Mineralnıye Vodıdan Antalyaya uçan və göyərtəsində guya partlayıcı qurğu yerləşdirildiyi barədə siqnal daxil olan təyyarəsi təyinat məntəqəsinə eniş edib.
"Report" xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
"Təyyarə Antalyada eniş edib", - agentliyin həmsöhbəti deyib.
Daha əvvəl "HavaSosyalMedya" yerləşdirilmiş partlayıcı qurğu barədə siqnal haqqında məlumat vermişdi.