ABŞ və Filippin əlamətdar nailiyyətə çevriləcək, eləcə də amerikalı fermerlərə və enerji sektoru nümayəndələrinə fayda gətirəcək yeni ticarət sazişi bağlayıb.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.
"Hazırda ticarət, milli təhlükəsizlik və digər istiqamətlər üzrə möhtəşəm görüşümüzün baş tutduğu Filippindən Çinə yollanıram. Biz Filippinlə əlamətdar nailiyyətə çevriləcək və xüsusən də fermerlərimizə və enerji sektorunun nümayəndələrinə əhəmiyyətli fayda verəcək yeni, tamamilə xüsusi bir ticarət sazişi bağladıq. Prezident Markos güclü lider və yüksək mənəvi keyfiyyətlərə malik insandır. Onunla, eləcə də onun möhtəşəm həyat yoldaşı və oğlu ilə görüşmək mənim üçün şərəf idi. Çində görüşənədək!", - Tramp yazıb.