Hörmüz boğazında "ADNOC" tankerinə endirilən zərbə nəticəsində 11 dənizçi yaralanıb və 1 nəfər itkin düşüb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə "ADNOC Logistics & Services"in bəyanatında bildirilib.
Bəyanata əsasən, şirkətin gəmilərindən birinə hücum noyabrın 17-si axşam saatlarında Hörmüz boğazından keçərkən baş verib.
"Heyət üzvlərindən biri itkin düşüb, axtarış-xilasetmə əməliyyatları aparılır. Bütün digər heyət üzvləri gəmidən təhlükəsiz şəkildə təxliyə edilib. On bir heyət üzvü yaralanıb, onlara lazımi köməklik göstərilir", - bəyanatda bildirilib.