Rusiyanın Moldovadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib.
"Report" xəbər verir ki, bu barədə Moldova XİN sosial şəbəkələrdə məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 17-də yeddi pilotsuz uçuş aparatı (PUA) qanunsuz olaraq Moldova ərazisi üzərindən uçub. PUA-lardan 6-sı ölkə ərazisinə düşüb.
Qurumda baş verənləri qətiyyətlə pisləyərək bildiriblər ki, bu cür hərəkətlər Moldovanın suverenliyini pozur, insanların həyat və təhlükəsizliyini təhdid edir.
"Etiraz notasında Moldova Rusiyadan bu cür hərəkətlərə son qoymağı, ölkənin hava məkanına və sərhədlərinə hörmət etməyi tələb edib", - məlumatda bildirilib.