Fon der Lyayen: AK gələn həftə Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyası (AK) Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiyaya yönəlmiş 22-ci sanksiyalar paketini gələn həftə təqdim edəcək.

"Report" "İnterfaks-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, bu barədə AK-nın sədri Ursula fon der Lyayen Brüsseldə bildirib.

"Gələn həftə təqdim edəcəyimiz 22-ci sanksiyalar paketimiz üzərində iş davam edir", - o qeyd edib.

Fon der Lyayen sanksiyaların dərhal sarsıdıcı zərbə vurmasa da, Rusiya iqtisadiyyatına təsir göstərdiyinə və onun əsaslarını tədricən sarsıtdığına əminliyini ifadə edib.

Onun sözlərinə görə, artıq indidən Rusiyanın iqtisadi perspektivlərinin pisləşməsinin və real çətinliklərin yaranmasının bir çox əlaməti müşahidə olunur.

Digər xəbərlər