ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə iqtisadiyyatı digər iri inkişaf etmiş ölkələri qabaqlayaraq misilsiz artım templəri nümayiş etdirir.
"Report" xəbər verir ki, bu barədə ABŞ lideri Çində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində çıxış edərkən bildirib.
D.Trampın sözlərinə görə, son üç ay ərzində ABŞ-də inflyasiya 2 %-dən aşağı düşüb, yeni avadanlıqlara qoyulan investisiyalar isə ilin əvvəlindən bəri 21 % artıb.