Avropa Komissiyasının resursları genişmiqyaslı kiberhücuma məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Bildirilib ki, bu, məlumat sızmasına səbəb olub, həmçinin maaşlar və məzuniyyətlər haqqında məlumatların daxil edilməsini qeyri-mümkün edib.
Avropa Komissiyasının mətbuat katibi Toma Renye nəşrə bildirib ki, insidenti lokallaşdırmaq mümkün olub.
Xəbər yenilənir