Çin və ABŞ liderləri ilə diskussiya sərbəst mühitdə keçib və tərəflərə bir-birini daha yaxşı başa düşməyə imkan verib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya-ABŞ-Çin liderlərinin üçtərəfli sammitini şərh edərkən jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Çin Sədri Si Cinpin səmimi və maraqlı söhbət üçün mühit yarada bilib.
Putin əlavə edib ki, sammiti diplomatiya tarixində bir səhifə hesab edir və görüşlərin belə formatda davam etdirilməsini istərdi.
Rusiya prezidenti həmçinin qeyd edib ki, beynəlxalq təhlükəsizlik böyük ölçüdə Rusiya, Çin və ABŞ-dən asılıdır.