Banqladeşin keçmiş baş naziri, Nobel mükafatı laureatı Məhəmməd Yunusun evi "Avami liq" partiyasının nümayəndələri tərəfindən yandırılıb.
"Report" xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.
Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Polis insidentlə bağlı araşdırmaya başlayıb.
Bundan əlavə, M.Yunusun adı ilə bağlı obyektlərə, o cümlədən onun əsasını qoyduğu "Grameen" bankının şöbələrinə silsilə hücumlar edilib.
Qeyd edək ki, noyabrın 19-da "Avami liq" partiyası hakimiyyətdən Həsinənin fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsini və onun ölkəyə qayıtmasının təmin olunmasını tələb edərək ümummilli etiraz aksiyası elan edib.