Bu il noyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan vergi ödəyicilərinin sayı 57 192-a çatıb.
"Report"un yerli bürosunun məlumatına görə, onların 94,7 %-ini fiziki şəxslər, 5,3 %-ini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edir.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 % artıb. Bu dövrdə fiziki şəxslərin sayı 6,9 %, hüquqi şəxslərin sayı isə 8 % yüksəlib.
Hesabat dövründə qeydiyyatda olan kommersiya qurumlarının sayı da artaraq 1 985-ə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 % çoxdur.
Bu ilin yanvar–oktyabr qeydiyyata alınan kommersiya qurumlarının 83 %-i elektron qaydada, 17 %-i isə kağız daşıyıcısı əsasında qeydiyyatdan keçib.