4SİM: "Yaşıl transformasiya" və dayanıqlı inkişaf mövzuları kölgədə qalıb

Hesabatlarda və şirkətlərin karbon emissiyaları ilə bağlı müzakirələrində "yaşıl transformasiya" və dayanıqlı inkişaf mövzuları bir qədər kölgədə qalıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) İcraçı direktorunun müavini Soltan Bayramov Bakıda keçirilən "Sənayenin texnoloji və yaşıl Transformasiyası" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, şirkətlər bu istiqamətdə müəyyən addımlar atsalar da, karbon emissiyaları ilə bağlı tələblər kredit müraciətləri zamanı daha ciddi şəkildə nəzərə alınmağa başlayıb: "Karbon krediti və karbon emissiyaları ilə bağlı tələblər getdikcə sərtləşir, eyni zamanda əlavə ixrac vergisi tətbiq olunur".

Digər xəbərlər