Azər Bayramov: "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 340-ı ötüb"

Azərbaycanda "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 340-ı ötüb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"2027-ci ildən onlar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilə qədər uzadılır. Bundan əlavə, 2027-ci ildən etibarən dövlət payı 51 %-dən az olan texnologiya parklarının rezidentləri üçün 20 illik vergi güzəştləri paketi tətbiq olunacaq: mənfəət, əmlak və torpaq vergisindən azadolma və sosial siğorta güzəşti, işçilərin əmək haqqına isə sıfır faizli gəlir vergisi. İri sahibkarlara bu güzəşt müəyyən ixrac şərti ilə tətbiq ediləcək. Vençur fondları və kraudfandinq üçün hüquqi çərçivə yaradılıb. Bu, sahibkarlara ideyalarını yalnız bank krediti ilə deyil, investor kapitalı ilə də maliyyələşdirməyə imkan verəcək", - deyə o qeyd edib.

Digər xəbərlər