Dekabrın 14-də, saat 11:00-da "Şurabad Broyler" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 574-cü məhəllə ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyətinin mülkiyyətində olan, Xızı rayonunun Şurabad qəsəbəsində yerləşən əmlak kompleksinin satılması daxildir.