Gürcüstanın Azərbaycandan meyvə-tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 1,3 milyon ABŞ dolları dəyərində 843 ton meyvə və tərəvəz şirəsi idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,3 dəfə, kəmiyyət olaraq 78 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana meyvə və tərəvəz şirəsi ixrac edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 10,5 milyon ABŞ dolları dəyərində 4 min 624 ton meyvə və tərəvəz şirəsi alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 10,4 % azdır və 1,1 % çoxdur.

Hesabat dövründə Gürcüstan Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində 591 ton, Avstriyadan 1,2 milyon ABŞ dolları dəyərində 218 ton, Niderlanddan 882 min ABŞ dolları dəyərində 209 ton, Ukraynadan 846 milyon ABŞ dolları dəyərində 673 ton məhsul alıb.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 17 milyon ABŞ dolları dəyərində 6 min 461 ton meyvə və tərəvəz şirəsi alıb ki, bunun da 857 min ABŞ dolları dəyərində 669 tonu Azərbaycanın payına düşüb.

Digər xəbərlər