Türkiyənin Azərbaycana metal ixacından qazancı 4 %-dən çox azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 109,409 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Təkcə oktyabrda Türkiyə Azərbaycana 12,316 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 4,9 % azdır.

Yanvar-oktyabr aylarında Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 13,3 % artaraq 12,556 milyard ABŞ dollarına, oktyabr ayında isə 8,6 % artaraq 1,324 milyard ABŞ dollarına çatıb.

Türkiyədən ən çox qara və əlvan metal idxalını Almaniya 1,496 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 13,5 % çox), İtaliya 977,339 milyon ABŞ dolları (+10,9 %) və Bolqarıstan 857,622 milyon ABŞ dolları (+45,7 %) dəyərində həyata keçirib.

Digər xəbərlər