Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları, eləcə də Azərbaycanda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları dövlət reyestrinə daxil edilərkən müvafiq rüsum ödəməli olacaqlar.

"Report" xəbər verir ki, bu barədə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişiklik layihəsində əks olunub.

Təklif edilən dəyişikliyə əsasən, dövlət reyestrində aparılan dəyişikliklər zamanı da rüsum tutulması nəzərdə tutulur.

Digər xəbərlər