Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 36,715 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 % çoxdur.
Təkcə oktyabrda Türkiyə Azərbaycana 3,878 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,6 % çoxdur.
10 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 0,9 % artaraq 3 milyard 786,883 milyon ABŞ dollarına, oktyabrda isə 3,2 % azalaraq 390,091 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı ABŞ (598,358 milyon ABŞ dolları, 1 il əvvələ nisbətən 3,3 % az), İtaliya (249,559 milyon ABŞ dolları, 1,7 % çox) və Suriya (204,216 milyon ABŞ dolları, 77 % çox) həyata keçirib.