ABİF 10 ayda qadın sahibkarlara 22 milyon manatdan çox güzəştli kredit verib

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC qadın iş adamlarına 22 milyon manatdan çox güzəştli kredit ayırıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, kreditlər 500-ə yaxın qadın sahibkara verilib.

"Bu kreditlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye məhsullarının istehsalı, akvakultura, turizm və xidmət sahələrindəki layihələrə yönəldilib. Qadın sahibkarlar ənənəvi xidmətlərlə yanaşı, istehsal və emal sahələrinə, əlavə dəyər yaradan fəaliyyətə daha çox maraq göstərirlər. Bu layihələrin əhəmiyyətli hissəsinin regionlarda reallaşması yerli məşğulluğa və regionların iqtisadi canlanmasına töhfə verir", - deyə nazir müavini qeyd edib.

Digər xəbərlər