Oktyabrın 29-da, saat 11:00-da “Göygöl Şərab Zavodu” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq səhmdar cəmiyyətinin yerləşdiyi Göygöl şəhəri, Heydər Əliyev prospekti, 2 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi və fəaliyyəti ilə bağlı digər təşkilati məsələr daxildir.
Xatırladaq ki, “Göygöl Şərab Zavodu” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,462 milyon manatdır.