Zoltan Salai: “Azərbaycanın Dövlət Miqrasiya Xidməti ilə birgə təlimlər keçirməyi planlaşdırırıq”

Zoltan Salai: “Azərbaycanın Dövlət Miqrasiya Xidməti ilə birgə təlimlər keçirməyi planlaşdırırıq” “Yaxın vaxtlarda Avropa İttifaqı (Aİ) Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə ölkədə miqrantların əlverişli adaptasiyasının təmin edilməsi və normal həyatın bərqərar olması, bu məsələdə böhran vəziyyətlərində necə davranmaq mövzularda birgə təlimlər keçir
Xarici siyasət
16 Dekabr , 2022 18:35
Zoltan Salai: “Azərbaycanın Dövlət Miqrasiya Xidməti ilə birgə təlimlər keçirməyi planlaşdırırıq”

“Yaxın vaxtlarda Avropa İttifaqı (Aİ) Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə ölkədə miqrantların əlverişli adaptasiyasının təmin edilməsi və normal həyatın bərqərar olması, bu məsələdə böhran vəziyyətlərində necə davranmaq mövzularda birgə təlimlər keçirməyi planlaşdırır”.

"Report" xəbər verir ki, bunu Aİ nümayəndəliyinin rəhbərinin müavini Zoltan Salai “Azərbaycanda miqrantlar: Bərabərlik, müxtəliflik və inklüzivlik” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Aİ Azərbaycanın Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi və ölkənin Sərhəd Xidməti ilə sıx əməkdaşlıq edir.

Z.Salai vurğulayıb ki, Aİ məkanında müxtəlif dillər və mədəniyyətlər mövcuddur, miqrasiya ümumavropa prosesinin bir hissəsidir: “Bu gün 7 milyondan çox ukraynalı Rusiyanın hərbi təcavüzü nəticəsində qaçqın olub. Aİ Ukrayna və onun xalqı ilə tam həmrəylik nümayiş etdirir, bununla bağlı humanitar və siyasi dəstəyini göstərir”.

Son xəbərlər

Orphus sistemi