​Yüzlərlə türk və azərbaycanlı Kanadada "erməni soyqırımı"na etiraz yürüşü keçirib

Xarici siyasət
  • 25 aprel, 2016
  • 21:37
​Yüzlərlə türk və azərbaycanlı Kanadada erməni soyqırımına etiraz yürüşü keçirib

Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 24-də qondarma "erməni soyqırımı"nın ildönümü ilə bağlı ermənilərin Kanadanın paytaxtı Ottava şəhərində keçirdiyi yürüşə cavab olaraq, türklər və azərbaycanlılar da Ottavada mitinq keçiriblər.

Azərbaycan Respublikasının Kanadadakı Səfirliyindən "Report"a verilən məlumata görə, əvvəlki illərdən fərqli olaraq, bu il türklər və azərbaycanlılar ilk dəfə olaraq Kanada Parlamentinin önündən başlayaraq Türkiyə səfirliyənədək yürüş təşkil ediblər.

Yürüşdə yüzlərlə adam iştirak edib.

44 filmi