XİN başçısı: "Bir sıra beynəlxalq aktorların ölkəmizə qarşı aparılan kampaniyanın alətinə çevrilməsi təəssüf doğurur"
- 13 sentyabr, 2023
- 11:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Münaqişənin başa çatmasının ilk günlərindən etibarən Azərbaycanın mövqeyinin və niyyətinin aydınlığına baxmayaraq, bir sıra beynəlxalq aktorların, habelə media orqanlarının Ermənistanın manipulyasiyalarına, o cümlədən Laçın yolu ətrafında vəziyyətlə bağlı “gərgin humanitar vəziyyət”, “blokada” iddialarına aldanıb ölkəmizə qarşı aparılan kampaniyanın alətinə çevrilməsi təəssüf doğurur.
“Report” xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) xarici media üçün brifinqdə deyib.
Nazir bölgədəki vəziyyət və reallıqların düzgün, qərəzsiz şəkildə çatıdırılmasında beynəlxalq media qurumlarının və nümayəndələrinin məsuliyyətinin böyük olduğunu diqqətə çatdırıb.