Azərbaycan XİN Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib
- 15 iyul, 2024
- 11:31
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyəni təbrik edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq. 15 iyul - Demokratiya və Milli Birlik Gününüz mübarək!",-məlumatda qeyd edilib.
Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq.
— MFA Azerbaijan (@AzerbaijanMFA) July 15, 2024
15 iyul - Demokratiya və Milli Birlik Gününüz mübarək!@TC_Disisleri pic.twitter.com/VhJHcXGFLA