Ukraynanın ATƏT-dəki nümayəndə heyəti: “Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik”

Ukraynanın ATƏT-dəki nümayəndə heyəti: “Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik” “Ukrayna genişmiqyaslı işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycanın sərhədlərinin müəyyənləşdirilməsi, onunla Ermənistan arasında uzunmüddətli münasibətlərin yaradılması prosesini və ümumilikdə Cənubi Qafqazda sülhü bərqərar edə biləcək prosesi dəstəkləy
Xarici siyasət
1 İyul , 2023 11:59
Ukraynanın ATƏT-dəki nümayəndə heyəti: “Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik”

“Ukrayna genişmiqyaslı işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycanın sərhədlərinin müəyyənləşdirilməsi, onunla Ermənistan arasında uzunmüddətli münasibətlərin yaradılması prosesini və ümumilikdə Cənubi Qafqazda sülhü bərqərar edə biləcək prosesi dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Ukraynanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Nikita Poturayev Vankuverdə ATƏT Parlament Assambleyasının (PA) Daimi Komitəsinin iclasında deyib.

O, ATƏT PA-nın növbəti iclasının payızda İrəvanda keçirilməsi təklifindən danışaraq, bunun Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə verə biləcəyini qeyd edib. “Biz ATƏT-in iki ölkə arasında uzunmüddətli sülhün bərqərar olunmasındakı rolunu dəstəkləyirik və bunu yüksək qiymətləndiririk”.

Lakin nümayəndə heyətinin rəhbəri növbəti iclasın yeri ilə bağlı narahatlığını da ifadə edib: “İrəvanda keçiriləcək iclasda iştirak məsələsinə baxacağıq. Birincisi, Rusiya və Belarusun təmsilçilərinin olduğu tədbirdə iştirakımızı təsəvvür etmək çətindir. İkincisi, belə bir görüşdə Ukrayna nümayəndə heyətinin üzvlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi üzərində düşünməliyik”.

Xatırladaq ki, dünən Kanadanın Vankuver şəhərində ATƏT Parlament Assambleyasının iyulun 4-dək davam edəcək 30-cu illik sessiyası işə başlayıb. İclasda Milli Məclisin deputatları Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi