Ukraynalı uşaqlar Heydər Əliyev Mərkəzində olublar

Ukraynalı uşaqlar Heydər Əliyev Mərkəzində olublar Reabilitasiya proqramı çərçivəsində Azərbaycana səfərə gələn ukraynalı uşaqlar Bakıda Heydər Əliyev Mərkəzində olublar.
Xarici siyasət
16 Avqust , 2023 11:17
Ukraynalı uşaqlar Heydər Əliyev Mərkəzində olublar

Reabilitasiya proqramı çərçivəsində Azərbaycana səfərə gələn ukraynalı uşaqlar Bakıda Heydər Əliyev Mərkəzində olublar.

“Report” xəbər verir ki, ekskursiya Mərkəzin Muzeyində Ümummilli Lider Heydər Əliyevin xidməti istifadəsində olmuş avtomobillərə tanışlıqla başlayıb.

Mərkəzdə yaradılan muzeyi ukraynalı uşaqların böyük marağına səbəb olub, onlar Ulu Öndərin həyatı ilə bağlı faktlar öyrəniblər.

Bundan başqa, onlara Heydər Əliyev Mərkəzi və onun yaradılması haqqında da məlumat verilib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar paytaxtla yanaşı, ölkənin regionları ilə də tanış olublar. Onlar Şamaxı, İsmayıllı, Qəbələ və Şəkiyə səfər ediblər. Bundan əlavə, uşaqlar psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi