Ukraynada müharibə zamanı yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub

Ukraynada müharibə zamanı yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub Ukraynada müharibə səbəbindən yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub.
Xarici siyasət
6 Sentyabr , 2023 12:38
Ukraynada müharibə zamanı yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub

Ukraynada müharibə səbəbindən yaşayış mülklərini itirən azərbaycanlı ailələrin sayı məlum olub.

“Report”un Şərqi Avropa bürosunun apardığı özəl araşdırma nəticəsində məlum olub ki, ölkə üzrə Rusiyanın başladığı müharibənin ilk günündən indiyə qədər təxminən 60 azərbaycanlı ailənin evləri tamamilə dağılıb və yaxud ciddi zərər çəkib.

Onlardan təqribən 30-u Donetsk vilayətinin payına düşür ki, bundan da 20-yə yaxını vilayətin Mariupol şəhərində olub. Dağılan evlərdən təqribən 20-si Xerson və Nikolayev vilayətlərində olan həmyerlilərimizin mülkləridir. Qalanı isə digər vilayətlərdə dağıdılan evlərdir.

Qeyd edək ki, bu, rəsmi statistika deyil, büromuzun araşdırma nəticəsində məlum olan mümkün rəqəmlərdir. Bu səbəbdən say daha artıq da ola bilər.

Son xəbərlər

Orphus sistemi