Ukrayna səfirliyində Rusiyanın hücumunun qurbanlarının xatirəsinə başsağlığı kitabı açılıb
- 29 avqust, 2025
- 11:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın Azərbaycandakı səfirliyində avqustun 28-nə keçən gecə Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların qurbanlarının xatirəsinə başsağlığı kitabı açılıb.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" hesabında yazıb.
"Rusiyanın 4-ü uşaq olmaqla 23 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra avqustun 29-da Kiyev və vilayətdə matəm günü elan edilib. Başsağlığını Ukraynanın Azərbaycandakı səfirliyinin ünvanına göndərmək olar: "emb_az@mfa.gov.ua", - səfir yazıb.
Aug 29 is Day of Mourning in Kyiv & region after Russia’s attack killed 23 people, incl. 4 children. Condolences can be sent to the @UKRinAZE Embassy of Ukraine in Azerbaijan: emb_az@mfa.gov.ua. pic.twitter.com/yNg7oO0P4G
— Yuriy Husyev (@Husyev) August 29, 2025