UABD-in İdarə Heyəti Ermənistanın ikiüzlü siyasətini pisləyib

UABD-in İdarə Heyəti Ermənistanın ikiüzlü siyasətini pisləyib Qərar Ermənistan BMT-nin Krım üzrə 15 noyabr 2016-cı il tarixli qətnaməsinin əleyhinə səs verməsi faktının müzakirəsindən sonra qəbul edilib
Xarici siyasət
29 Dekabr , 2016 18:05
UABD-in İdarə Heyəti Ermənistanın ikiüzlü siyasətini pisləyib

Kiyev. 29 dekabr. REPORT.AZ/ Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İctimai Birliyinin İdarə Heyətinin iclasında Ermənistanın post-sovet ölkələri ilə münasibətlərdə ayrı-seçkiliyə istiqamətlənmiş və Azərbaycan, Ukrayna, Gürcüstan və digər ölkələrin ərazi bütövlüyünün pozulmasına dəstək verən ikiüzlü siyasətini pisləyən bəyanat qəbul edilib.

"Report"un Ukrayna bürosunun məlumatına görə, qərar Ermənistan BMT-nin Krım üzrə 15 noyabr 2016-cı il tarixli qətnaməsinin əleyhinə səs verməsi faktının müzakirəsindən sonra qəbul edilib.

Krım məsələsində Ukraynaya dəstək verəcəyini vəd edən Ermənistan tərəfi qətnamənin əleyhinə səs verməklə iki ölkə prezidentlərinin əldə etdiyi razılığı pozub.

UADB-nin bəyanatında deyilir ki, qətnaməyə dəstək verməkdən imtina etməklə Ermənistan tərəfi işğalçıların tərəfində olmaq mövqeyini bir daha nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi