Türkiyəli nazir Şuşaya səfər edəcək

Türkiyəli nazir Şuşaya səfər edəcək “Türkiyə və Azərbaycan münasibətlərinin tərifə ehtiyacı yoxdur. Biz “Bir millət – iki dövlət” şüarı ilə hərəkət edən iki ayrı toplumuq. Beləliklə, münasibətlərimizin səmimiyyəti və gücü məsələsində açıqlama verməyə gərək yoxdur”.
Xarici siyasət
19 İyul , 2022 12:55
Türkiyəli nazir Şuşaya səfər edəcək
Dərya Yanık

“Türkiyə və Azərbaycan münasibətlərinin tərifə ehtiyacı yoxdur. Biz “Bir millət – iki dövlət” şüarı ilə hərəkət edən iki ayrı toplumuq. Beləliklə, münasibətlərimizin səmimiyyəti və gücü məsələsində açıqlama verməyə gərək yoxdur”.

“Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık bildirib.

“Azərbaycan və Türkiyə bölgədəki əməkdaşlığı ilə həm dünyada, həm də türk dünyasında təhlükəsizlik adası yaradan, dostlarına güvən, düşmənlərinə narahatlıq verən iki ölkə. Biz bundan öncə olduğu kimi, bundan sonra da Azərbaycanla münasibətlərimizi hər sahədə inkişaf etdirib artıracağıq”.

Türkiyə rəsmisi Şuşanı ziyarət edəcəyini də bildirib:

“Şuşa zəfəri Azərbaycanda necə sevinclə qarşılandısa, Türkiyədə də o cür qarşılanıb. Azərbaycan və türk dünyasının mədəniyyət mərkəzi olan Şuşanı ziyarət edərək həm şəhidlərin əziz xatirəsini anmaq və millətimizlə görüşmək niyyətindəyik”.

Qeyd edək ki, D.Yanık Ailə, Qadın və Uşaq Probleblemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıya gəlib.

Son xəbərlər

Orphus sistemi