Türkiyə Prezidenti: "Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq"

Türkiyə Prezidenti: "Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq" “Qardaşım İlham Əliyevin liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən ayağa qaldıracaq işləri yaxından izləyirik. Şuşaya gələn zaman işlərin aparıldığını gördük, gördünüz”.
Xarici siyasət
15 İyun , 2021 17:54
Türkiyə Prezidenti: Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq
Rəcəb Tayyib Ərdoğan

“Qardaşım İlham Əliyevin liderliyi və Müzəffər Baş Komandanlığı ilə azadlığına qovuşan Qarabağı yenidən ayağa qaldıracaq işləri yaxından izləyirik. Şuşaya gələn zaman işlərin aparıldığını gördük, gördünüz”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

“Bir tərəfdən yollar çəkilir, elektrik stansiyaları inşa edilir. Bütün bunlarla bərabər isə susuz olan bu bölgə suya qovuşur. Bütün bu işlər sürətli şəkildə həyata keçirilir. Çox qısa zamanlarda bölgədə hava limanlarının da inşası başa çatacaq. Hava limanları inşa edildikdən sonra bu yerlərə gəliş-gedişlər də artacaq. Qarabağ öz kimliyinə qovuşacaq. Buna heç bir şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi Qarabağın qədim yaşayış yerlərinin təkrar inkişaf etdiyini yaxın vaxtlarda görəcəyik. Türkiyə olaraq inşa fəaliyyətlərində də qardaşlarımıza hər cür dəstəyi veririk və verməyə də davam edəcəyik”, - Türkiyə Prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi