Tokayev Qazaxıstan Xalqlar Assambleyasının sessiyasını açıb

Tokayev Qazaxıstan Xalqlar Assambleyasının sessiyasını açıb Astanada bu gün prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə Qazaxıstan Xalqlar Assambleyasının XXXIV sessiyası açılıb.
Xarici siyasət
24 aprel 2025 10:01
Tokayev Qazaxıstan Xalqlar Assambleyasının sessiyasını açıb

Astanada bu gün prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə Qazaxıstan Xalqlar Assambleyasının XXXIV sessiyası açılıb.

"Report"un Astanadan olan müxbirinin məlumatına görə, sessiyada parlament deputatları, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, respublika etno-mədəni birliklərinin rəhbərləri və üzvləri, QXA könüllüləri, Assambleyanın regional nümayəndələri iştirak edirlər.

Qazaxıstan Xalqlar Assambleyası ölkə prezidentinin 1 mart 1995-ci il tarixli fərmanı ilə yaradılıb.

QXA-ya Prezident Kasım-Jomart Tokayev rəhbərlik edir. Bu, prezident yanında məsləhətçi-məşvərətçi orqandır və bu orqanın vəzifəsi dövlət milli siyasətinin hazırlanması və həyata keçirilməsinə kömək etməkdir. Assambleyanın tərkibinə 583 nəfər daxildir.

QXA-nın əsas vəzifəsi dövlətin milli siyasətinin həyata keçirilməsi, Qazaxıstanda ictimai-siyasi sabitliyin təmin edilməsi və etnik münasibətlər sahəsində dövlət və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Assambleyanın ali orqanı ölkə Prezidenti, QXA sədri tərəfindən hər il keçirilən sessiyadır. Onun bütün qərarlarının dövlət orqanları tərəfindən nəzərdən keçirilməsi məcburidir.

Orphus sistemi