TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Tehrandakı səfirliyinə hücumunu qınayıb.
Xarici siyasət
16 Mart , 2023 19:55
TDT dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyiblər - YENİLƏNİB

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pisləyib və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış ediblər.

"Report" xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə qəbul olunmuş Ankara Bəyannaməsində bildirilir.

Sənədə əsasən, TDT dövlət başçıları, həmçinin bütün müsəlmanları incidən və gələcəkdə yeni irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək müqəddəs kitabımız Qurani-Kərimə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri ən kəskin şəkildə qınayıblar.

16:56

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayıb.

“Report” xəbər verir ki, bu barədə TDT Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə imzalanan Ankara Bəyannaməsində bildirilib.

Bəyannamə sənədində vurğulanıb ki, hadisəyə görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidirlər.

Son xəbərlər

Orphus sistemi