Tatarıstan rəhbəri: Azərbaycanın bütün sahələrdəki uğurları bizi ürəkdən sevindirir

Tatarıstan rəhbəri: Azərbaycanın bütün sahələrdəki uğurları bizi ürəkdən sevindirir Tatarıstanla Azərbaycan arasında gözəl əlaqələr mövcuddur və bu əlaqələr inkişaf etməkdə və genişlənməkdə davam edir.
Xarici siyasət
21 Sentyabr , 2024 16:35
Tatarıstan rəhbəri: Azərbaycanın bütün sahələrdəki uğurları bizi ürəkdən sevindirir

Tatarıstanla Azərbaycan arasında gözəl əlaqələr mövcuddur, bu əlaqələr inkişaf etməkdə və genişlənməkdə davam edir.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Federasiyası Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov deyib.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayında çıxışı zamanı o, Azərbaycanın bütün istiqamətlərdə - iqtisadiyyatda, tikintidə, modernləşmədə əldə etdiyi uğurlarına ürəkdən sevindiklərini bildirib.

Tatarıstan rəhbəri Azərbaycanın Qarabağ müharibəsində tarixi qələbəsini qeyd edib.

“Siz tarixi problemi həll etdiniz, torpaqlar Azərbaycana qayıtdı. Azərbaycan xalqının və Prezident İlham Əliyevin qələbəsi ölkənin yüksəliş yolunda olduğunu göstərir və biz əməkdaşlıqdan məmnunuq”, - R.Minnixanov söyləyib.

Son xəbərlər

Orphus sistemi