Sumqayıt və Avstriyanın Lints şəhəri arasında əməkdaşlıq imkanlarından danışılıb

Sumqayıt və Avstriyanın Lints şəhəri arasında əməkdaşlıq imkanlarından danışılıb Sumqayıt və Avstriyanın Lints şəhəri arasında əməkdaşlıq imkanlarından danışılıb.
Xarici siyasət
11 Dekabr , 2023 20:06
Sumqayıt və Avstriyanın Lints şəhəri arasında əməkdaşlıq imkanlarından danışılıb

Sumqayıt və Avstriyanın Lints şəhəri arasında əməkdaşlıq imkanlarından danışılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 4-dən 6-dək Lints şəhərinə işgüzar səfər edib.

Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə baş tutan səfərin əsas məqsədi Avstriyanın Lints şəhəri ilə Sumqayıt şəhəri arasında 2009-cu ildən mövcud olan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi olub.

Səfər çərçivəsində Z.Fərəcovla Lints şəhərinin meri Klaus Luqer, Yuxari Avstriya İqtisadiyyat Palatasının Xarici ticarət departamentinin nümayəndələri, Lints limanının direktoru Harald Kronştayner və Yuxarı Avstriya Federal Əyalətinin biznes şirkətlərinin nümayəndələri arasında görüşlər keçirilib.

Avstriyalı nümayəndələrə Qarabağ bölgəsində aparılan bərpa və yenidənqurma işləri barəsində ətraflı məlumat verilib və bu işlərdə xarici şirkətlər üçün yaradılan əməkdaşlıq imkanlarından danışılıb.

Bildirilib ki, Sumqayıtın dünyanın bir çox ölkələrinin şəhərləri ilə partnyorluq əlaqələri var. Sumqayıt şəhərində fəaliyyət göstərən çoxsaylı xarici şirkətlər üçün münbit şəraitin olduğu vurğulanıb

Son xəbərlər

Orphus sistemi