Prezident İlham Əliyev Slovakiya liderinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Slovakiya liderinə təbrik məktubu göndərib Slovakiya Respublikasının Prezidenti Zati-aliləri cənab Peter Pelleqriniyə Hörmətli cənab Prezident,
Xarici siyasət
1 Sentyabr , 2024 11:04
Prezident İlham Əliyev Slovakiya liderinə təbrik məktubu göndərib
İlham Əliyev

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu göndərib.

"Report" xəbər ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu gün Azərbaycan ilə Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır. Enerji sahəsində səmərəli birgə fəaliyyətimizin digər sahələr və istiqamətlər üzrə də uğurla davam etdiriləcəyinə əminliyimi ifadə edirəm. İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi