Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub

Hadisə
  • 20 noyabr, 2026
  • 15:56
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub.

Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "VAZ 2107" markalı, 90-KK-071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rüfət Mustafazadə DYP əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla R.Mustafazadə inzibati qaydada həbs edilib.