Serbiya Prezidenti təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
Serbiya Prezidenti təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veribSerbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Serbiya Prezidenti Aleksandr Vuçiç Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə Aleksandr Vuçiç "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Qazaxıstandakı təyyarə qəzası xəbərini dərin kədərlə öyrəndim. Prezident İlham Əliyevə, həlak olanların ailələrinə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu çətin anlarda yanınızdayıq", - o qeyd edib.
With profound sorrow I learned of the plane crash in Kazakhstan. I extend my deepest condolences to @presidentaz, the families of the victims, and the people of Azerbaijan. In these difficult moments, our thoughts are with you.